image-8da55e89-4e19-454e-a04e-25374e947ec1backend

Nəsimi rayon Ağsaqallar Şurasının hesabat seçki konfransı keçirilib

image-reklam_sirab_01

 

 

03.10.2022-ci il tarixə Nəsimi rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib. Konfransda Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Respublika Veteranlar Şurasının sədri, Milli məclisin deputatı Eldar Quliyev, Nəsimi rayon Ağsaqqallar Şurasının sədri professor Vaqif Şadlinski, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, rayon Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva və rayon Ağsaqqallar Şurasının üzvləri iştirak edib.

Konfransdan öncə iştirakçılar tərəfindən Nəsimi rayon İcra Hakimiyyətinin foyesində Ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyuldu.

Əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların, hesabat dövrü ərzində vəfat etmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Yığıncağı rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski açaraq tədbir iştirakçılarını salamladı. Sonra rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinskinin hesabatı dinlənilib. Hesabat məruzəsi ətrafında şura üzvləri Qoşqar Əliyev, İmamverdi Həmidov, Fəxrəddin Əliyev və Milix Yevdayev çıxış edərək Şuranın bir illik fəaliyyətini qənaətbəxş hesab etdilər.

Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyev çıxış edərək ağsaqqal hərakatının tarixindən, respublikamızda ağsaqqallara göstərilən dövlət qayğısından danışıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti və Rəşadətli ordumuzun qüdrəti ilə 44 gün ərzində erməni işğalçılarının tarixi torpaqlarımızdan çıxarılmasının əhəmiyyətini qeyd edib. Natiq ölkəmizdə həyata keçirilən inkişaf prosesi ilə bağlı ağsaqqallar tərəfindən əhali, xüsusilə gənclər arasında geniş maarifləndirmə işinin aparılmasının zəruriliyini diqqətə çatdırıb, rayonun ictimai-siyasi həyatında ağsaqqalların yaxından iştirak etməsindən razı qaldığını bildirib.

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək, ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışdı.

Qeyd etdi ki, Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir. Mənzil məişət şəraitlərinin yaxşılaşdırılması, işlə təmin olunmaları və rastlaşdıqları digər məsələlərin operativ surətdə həll olunması daim Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müntəzəm olaraq bu ailələrin problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirilir.

Natiq bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti,  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərini müharibə əlillərinin, şəhid ailələrinin və ahılların sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.

Yığıncağın gündəliyinə əsasən rayon Ağsaqqallar Şurasının idarə heyətinin yeni tərkibi, şuranın sədri və sədr müavini, həmçinin Nəzarət-Təftiş komissiyasının üzvlərinin seçilməsi üçün səsvermə keçirilib. Vaqif Şadlinski yenidən rayon Ağsaqqallar Şurasının sədri, İmamverdi Həmidov isə sədr müavini seçilib. Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinə 9 nəfər və həmçinin Nəzarət-Təftiş komissiyasına 3 nəfər üzv seçilməsi üçün səsvermə yekdilliklə qəbul olunub.

Ağsaqqallar Şurasının sədri Vasqif Şadlinski göstərilən etimada görə minnətdarlığını bildirib, şuranın uğurlu fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəyini söyləyib.

Konfransın sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Respublika Ağsaqqallar Şurasına müracət ünvanlandı.

 

image-4e7eea7f-785f-4dcc-b3a9-60a397da3f8a image-8da55e89-4e19-454e-a04e-25374e947ec1 image-82fcf269-ad3a-430b-883d-4ae9842d8313 image-c330fe38-568b-4313-b624-70532ef79e5c image-a5065b98-6b93-4065-b8fd-9bf4c8a26069 image-9d02de03-09f0-493d-a5ee-5298d19d24a9 image-b917704b-24fb-490a-b918-367f305fc078

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki