Nəsimi rayonunda ağac əkməklə ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək istiqamətində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə silsilə ağacəkmə kampaniyaları, iməcliklər keçirilir. 9 aprel 2022-ci il tarixdə keçirilən ağacəkmə aksiyasında Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, idarə və müəssisələrin nümayəndələri və rayon sakinləri iştirak ediblər.
Nəsimi rayonunda həyata keçirilən ağacəkmə aksiyası rayonun Mir Cəlal və Cavadxan küçələri boyu yaşıllıq zolaqlarında 500 ədəd şam və sərv ağacları, 1000 ədəd mövsümü gül-çiçək əkilib, 2000-dən artıq ağaca isə quluq edilib.
Ağacəkmə aksiyasının keçirilməsində məqsəd rayon ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etmək olmuşdur.
Nəsimi rayonunda yeni yaşıllıq zolaqlarının salınması, ekoloji mühitin sağlamlaşdırılması və paytaxtımızın daha da gözəlləşməsinə yönəlmiş işlər daim nəzarətdə saxlanılır.