image-4backend

Nəsimi rayonunda “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda toplantı keçirilib – FOTOLAR

image-reklam_sirab_01

Nəsimi Rayon  İcra Hakimiyyətinin təşkilatçılığı və “Xalq qəzeti ilə birgə Nəsimi rayon İcra Hakimiyyətində “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tanınmış jurnalistlərin və ziyalıların iştirakı ilə toplantı keçirilib.

Toplantıda Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov, Yeni Azərbaycan Partiyasının Nəsimi rayon Təşkilatının sədri Azər Süleymanov, “Xalq qəzeti”nin baş redaktoru, əməkdar jurnalist Əflatun Amaşov, “Yeni Azərbaycan” qəzetinin baş  redaktoru, fəlsəfə doktoru Alqış Musayev,  “İki sahil” qəzetinin baş redaktoru, əməkdar jurnalist Vüqar Rəhimzadə,    “Bakı-Xəbər” qəzetinin baş redaktoru, əməkdar jurnalist Aydın Quliyev rayon ictimaiyyəti və rayon gəncləri iştirak edib.

Ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olundu.

Ümummlli liderin əziz xatirəsi və torpaqlarımzın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu  bir dəqiqəlik sükutla yad edildi.

Konfransı giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qonaqları salamlamış və bildirmişdir ki,  ötən dövrdə zəngin və şərəfli yol keçən Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşamaqdadır. Bu yeni inkişaf dövrünün təməlini qoyan ulu öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informa­siya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması  Ulu Öndərimizin əziz xatirəsinə ehtiramın ali nümunəsidir. “Heydər Əliyev İli” çərçivəsində keçirilən hər bir tədbir əbədiyaşar Öndərimizin siyasi fəaliyyətinin hər bir mərhələsinə bir daha nəzər salınması, onun ideyalarının təbliği və gənc nəsillərə ötürülməsi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. “Heydər Əliyev İli” peşəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının Ulu Öndərin müqəddəs mənəvi varlığı və müstəqil dövlətçiliyimiz qarşısında hesabat ili olacaqdır. 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi hər bir jurnalistin də ürəyincə olan siyasi hadisədir. Çünki Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşmasında Heydər Əliyevin əvəzsiz xidmətləri olub

Əməkdar jurnalist – Əflatun Amaşov, Əməkdar jurnalist – Aydın Quliyev, Fəlsəfə doktoru – Alqış Musayev, Əməkdar jurnalist – Vüqar Rəhimzadə çıxış edərək bildirdilər ki, Ümummilli lider Heydər Əliyev demokratik dəyərləri, insan hüquq və azadlıqlarını, sosial ədalət prinsipini  uca tutan rəhbər kimi kütləvi informasiya vasitələrinin cəmiyyətdəki roluna hər zaman böyük önəm verirdi. Ümummilli Liderin rəhbərliyi altında hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan 1993-cü ildən insan hüquqları, söz və   mətbuat azadlığının təmin edilməsi ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşuldu.

Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə mətbuatın cəmiyyətə təsir imkanlarının böyüklüyü yüksək dəyərləndirilərək, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlərə geniş yer verildi. Dahi şəxsiyyət mətbuatın, informasiyanın insanların vahid məqsədə yönəldilməsindəki səfərbəredici rolunu hamıdan yaxşı görürdü. Buna görə də mətbuata və jurnalistlərə xüsusi həssaslıqla yanaşırdı.

Azərbaycan mediası bu inkişafın ön sıralarında qərar tutmaqdadır.  Çünki yaşlı mətbuatın da, elektron medianın da yükü və qayğısı kimi, məsuliyyəti də bu gün həmişə olduğundan qat-qat ağırdır. Heydər Əliyev idarəçilik məktəbinin və siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanda mətbuata dövlət qayğısının miqyası daha da genişlənmişdir. İndi Azərbaycanda istənilən şəxs özünə mətbuat orqanı yarada bilər. Bunun üçün yetərincə əlverişli mühit olduğundan qəzet və jurnalların sayı durmadan artır.

Tədbirin sonunda xatirə şəkilləri çəkildi.

image-1 image-2 image-3 image-4 image-5 image-6


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki