image-1-61backend

    Nəsimi rayonunda milli-mənəvi dəyərlər mövzusunda tədbir keçirilib.

image-reklam_sirab_01

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında Nəsimi rayonunda milli-mənəvi dəyərlər mövzusunda tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Millət vəkili Məlahət İbrahimqızı, “Dağ Yəhudiləri” dini icmasının rəhbəri Milix Yevdayev və rayon gəncləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva açaraq  bildirdi ki, milli və mənəvi olan bütün nailiyyət və keyfiyyətimiz milli-mənəvi dəyərlər sisteminə aiddir. Müasir Azərbaycan tarixinə nəzər saldıqda milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı prinsiplərinin banisi Ulu öndər Heydər Əliyevi görürük.

Müstəqillik dövrünün təməl daşında tarixi imzası olan Ulu öndər Azərbaycançılıq ideologiyasının əsasını qoymuşdur. Milli-mənəvi dəyərlər sistemini daha da gücləndirmişdir.

Sonra Millət vəkili Məlahət İbrahimqızı və Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev milli-mənəvi dəyərlərlə bağlı öz fikirlərini bildirdilər.

Tədbirdə gəncləri maraqlandıran suallar cavablandırıldı.

Sonda Nəsimi rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsi tərəfindən elan olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində fəal iştirak edən bir qrup müəllimə Fəxri Fərmanlar təqdim edilmiş, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə keçirilmiş “Heydər Əliyev Azərbaycan dövlətinin qurucusudur” adlı inşa yazı müsabiqəsinin qalibləri diplom, medal və hədiyyələrlə təltif olundular.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki