image-e99997a9-f2c5-4bd4-8dba-61d221c38f5dbackend

Nəsimi rayonunda Qurban Bayramı münasibətilə sosial aksiyalar keçirilib

image-reklam_sirab_01

Nəsimi rayonunda Qurban Bayramı münasibətilə sosial aksiyalar keçirilib.

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayondakı idarə və təşkilatlar,iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən müqəddəs Qurban  bayramı ərəfəsində  növbəti sosial aksiya həyata keçirildi.

Aksiya zamanı rayon ərazisində yaşayan Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon təşkilatının üzvlərinə, Vətən müharibəsi əlillərinə, 20 Yanvar, Çernobl əlilləri rayon ərazisində fəaliyyət göstərən digər ictimai birliklərin üzvlərinə, sosial qayğıya ehtiyacı olan rayon sakinlərinə, bütövlükdə 2000-dən artıq ailəyə qurban payları verildi.

Həmçinin aksiya zamanı rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov  və  RİH-nin məsul əməkdaşları tərəfindən rayon ərazisində yaşayan  Vətən müharibəsi şəhidi ailələri ziyarət edilib,  onlara qurban payları, ərzaq bağlamaları və maddi vəsait təqdim olunub.

Rayon sakinləri dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmalarına və müqəddəs  Qurban bayramı ərəfəsində onlara  göstərilən sosial dəstəyə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

image-855cfbed-4762-42a9-af2a-d99c0d8a7428 image-38be83c9-17b0-4345-bff6-030552e97164 image-1dc23cea-2860-40dd-8cce-142fbd656388 image-7b35101a-11b5-442e-a60a-0f9ed65a1660 image-9bf631a8-f2bc-40ba-9e6c-36662facf024 image-e99997a9-f2c5-4bd4-8dba-61d221c38f5d image-fc503558-7605-4388-b005-3cc431b56f63 image-7808e216-bb2a-4be8-bc25-5652a9b74fef-1 image-e9701327-a5f5-415f-a358-a1cc2fcf4a17 image-7808e216-bb2a-4be8-bc25-5652a9b74fef image-76eb276b-55ac-4203-b515-bbb5482db928 image-855cfbed-4762-42a9-af2a-d99c0d8a7428-1


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki