image-99backend

“Niaqara” restoranında nöqsanlar aşkarlanıb

image-reklam_sirab_01

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ölkə üzrə 399 ictimai iaşə obyektində 697 monitorinq keçirib.

AQTA-dan “Report”a verilən məlumata görə, monitorinqlər zamanı 6 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Yasamal ‎rayonu, Azad Mirzəyev küç., ev 324G, 583-cü məhəllədə yerləşən, fiziki şəxs Sadıqov Fərda Zəki oğluna məxsus kafe;
2. Bakı şəhəri, Xətai ‎ rayonu, Qaçaq Nəbi küçəsi 4 ünvanında yerləşən, fiziki şəxs Qarayev Əli Nazim oğluna məxsus “Paşa” restoranı;

3. Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küç., ev 134 ünvanında yerləşən, fiziki şəxs Tağıyev Elvin Elşad oğluna məxsus “Niaqara” restoranı;

4. Gəncə şəhəri, Nizami rayonu, Xəlil Şeyxzamanov küç., ev 21 ünvanında yerləşən, fiziki şəxs Süleymanov Ruslan Məmmədəli oğluna məxsus restoran;

5. Gəncə şəhəri, Atatürk pr., ev 82 ünvanında yerləşən, fiziki şəxs Abdullayev Hüseynqulu Yunis oğluna məxsus “Altunay” restoranı;

6. Gəncə şəhəri, Nəriman Nərimanov prospektində yerləşən, fiziki şəxs Əhmədov Emin Tapdıq oğluna məxsus dönərxana.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image