image-16301369963507131705_1000x669backend

Niderlandın Leiden Universitetinin tələbələrinə Ermənistanın işğalçılıq siyasəti haqqında məlumat verilib

image-reklam_sirab_01

Azərbaycanın Niderland Krallığındakı səfiri Fikrət Axundov bu ölkənin Leiden Universitetinin tələbələri ilə görüşüb.

Veteninfo.az azertac-a istinadən xəbər verir ki, Azərbaycan səfirliyinin binasında keçirilən görüşdə yerli və əcnəbi tələbələr iştirak ediblər. Görüş Leiden Universitetinin əcnəbi tələbələr üçün təşkil edilmiş adaptasiya proqramı çərçivəsində təşkil olunub.

Səfir F.Axundov tələbələrə Azərbaycanın tarixi, mədəniyyəti, eləcə də Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasəti haqqında məlumat verib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində torpaqlarımızı azad etməsindən, Niderlandın bəzi KİV-ində ölkəmizə qarşı qərəzli və feyk məlumatların yazılmasından söz açılıb.

Həmçinin görüşdə Azərbaycan-Niderland münasibətlərinə toxunulub. Tələbələrə ölkəmizlə bağlı videomateriallar nümayiş olunub. Diplomatiya, səfirliyin fəaliyyəti, Azərbaycan-Niderland münasibətlərində prioritetlərdən danışılıb.

Sonda tələbələrin sualları cavablandırılıb.image-16301369963507131705_1000x669 image-16301369965262225577_1000x669 image-16301369966496641686_1000x669


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki