image-45backend

Nikol Paşinyan üçtərəfli görüşdə iştirak etmək üçün Soçiyə yola düşüb

image-reklam_sirab_01

Ermənistanın Baş naziri Nikol Paşinyan üçtərəfli görüşdə iştirak etmək üçün Rusiyanın Soçi şəhərinə yola düşüb.

Veteninfo.az xəbər verir ki, məlumatı “Aysor” yayıb.

Bildirilib ki, səfər işgüzar xarakter daşıyır.

Qeyd edək ki, bu gün Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. V.Putinin təşəbbüsü ilə keçiriləcək görüş 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın birinci ildönümünə həsr edilib.

Görüşdə sabitliyin güclənməsi istiqamətində atılacaq addımlar və Qarabağda dinc həyatın bərqərar olmasına dair məsələlər müzakirə ediləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki