image-1backend

Nikol üç iddiasını yenə irəli sürdü – Bakı razılaşacaqmı?

image-reklam_sirab_01

“Hazırda Azərbaycanın Ermənistanla 3 prinsip əsasında müqavilə imzalamağa hazır olduğu bəlli deyil”.

Vətəninfo.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Erməni baş nazir məlum üç prinsipi yenidən təkrarlayıb.

Birincisi, qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması: Azərbaycan 86600 kvadrakilometr, Erməniustan 29800 kvadratkilometr;
İkincisi, sərhədin delimitasiyasının Almaatı bəyannaməsinə uyğun aparılması və burada 1974-1990-cı illərin xəritələrindən istifadə edilməsi;
Üçüncüsü, kommunikasiyaların ölkələrin suverenlik prinsipi əsasında açılması;

Paşinyan Azərbaycanın bu prinsiplərə yanaşmasını dəqiqləşdirə bilmədiklərini iddia edib.

“30 noyabrda sərhədin delimitasiyası üzrə komissiyaların iclası keçiriləcək. Biz bu iclasın, eləcə də digər danışıqlar olacaqsa, həmin görüşlərin nəticələrinə uyğun olaraq, Bakının yanaşmasını görəcəyik”, – Nikol bildirib.

Qeyd edək ki, Paşinyanın səsləndirdiyi üç prinsipin ikisi – delimitasiya və kommunikasiya – ətrafında fikir ayrılıqları var.Publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki