image-55backend

Nino Burcanadze: “Gürcüstanın bəxti gətirib ki, Heydər Əliyev kimi böyük dostu olub”

image-reklam_sirab_01

“Azərbaycan xalqının bəxti gətirib ki, Heydər Əliyev kimi müdrik siyasətçisi və rəhbəri olub”.
Vətəninfo.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin keçmiş sədri Nino Bucanadze Tbilisidə ulu öndər Heydər Əliyevə həsr olunan fotosərgidə çıxışında deyib.
Onun sözlərinə görə, Gürcüstanın da bəxti gətirib ki, H.Əliyev kimi böyük dostu olub.
Siyasətçi bildirib ki, ümummilli liderlə görüşləri olub və onunla bağlı xatirələri yaddaşından heç zaman silinməyəcək: “Bakı-Tbilisi-Ceyhan layihəsi reallaşdırılan zaman bir sıra basqılar oldu. Lakin Heydər Əliyev boru kəmərinin Gürcüstan ərazisindən keçməsinə nail oldu”.
N.Burcanadze qeyd edib ki, Gürcüstanın ən ağır anlarında Heydər Əliyev və Azərbaycan gürcü xalqının yanında dayanıb: “Onu şəxsən tanıdığıma görə qürur duyuram. Nə yaxşı ki, Heydər Əliyevin İlham Əliyev kimi layiqli davamçısı var. Azərbaycan Prezidenti xalqının sevgisinə layiqdir. Ərazi bütövlüyünü bərpa etməklə o, xalqın böyük arzusunu yerinə yetirdi. Əminəm ki, Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirilməyəcək. Din və dilimiz ayrı olsa da, gürcü və Azərbaycan xalqlarını möhkəm dostluq bağlayır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki