image-reklam-veteninfo
image-rs5a8194backend

Nobel mükafatı laureatı Əziz Səncər: “Prezident İlham Əliyevə və hörmətli Mehriban xanıma minnətdarlığımı bildirirəm”

image-reklam-veteninfo

Sentyabrın 8-də AMEA-nın Rəyasət Heyətinin iclaszalında Azərbaycan Milli Elmlər Akademiyasının fəxriüzvü, dünya şöhrətli görkəmli alim, Nobel mükafatı laureatı, professor Əziz Səncərin 80 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib.

Konfransa onlayn qoşulan professor Əziz Səncər genişnitq ilə çıxış edib. Həmin nitqi təqdim edirik:

Fəaliyyətimə yüksək qiymət verdiyi məniŞöhrətordeni ilə təltif etdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Birinci vitse-prezident hörmətli Mehriban xanıma minnətdarlığımı bildirirəm.

Mənə dəyər verdiyiniz 80 illik yubileyimi qeydetdiyiniz üçün Sizlərə minnətdarlığımı bildirirəm.  Mənim üçün çox gözəl sözlər söylədiniz, çox sağolun, təşəkkür edirəm.

image-rs5a8194

Bəli, mən türk elminə xidmət etmişəm. Lakin məndən soruşsanız, Qarabağı azad etmək üçün canını verən azərbaycanlı əsgərlərimiz mənim qədər türklük üçünfədakarlıq etmişdir. Bunu heç vaxt unutmayın. Qarabağ həmişə mənim ağlımdadır. Qarabağın azad edilməsi mənim üçün, Türk dünyası üçün bir dönüş nöqtəsidir.

Çünki Türkiyə Cümhuriyyətinin 1922-ci ildə düşməni Türkiyədən təmizləməsi 2020-ci ildə Azərbaycanın Qarabağı işğaldan azad etməsi ilə biz Türk dünyası olaraq artıq vətənimizə sahib olduq. Bundan sonra bizə düşən elm yaratmaq sivilizasiya sahəsində, sivilizasiyada qabaqcıl dövlətlər səviyyəsinə  çatmaqdır. Bu baxımdan Qarabağ müharibəsində şəhidolan, qazi olan övladlarımızı, qardaşlarımızı heç vaxt unutmayın. Mən unutmuram. Ümid edirəm ki, heç bir azərbaycanlı qardaşım da unutmaz. Bu, mənim həmişə ağlımdadır.

Təbii ki, bir elm adamı olaraq mənim elm haqqında xüsusi fikirlərim var. Biz Türk dünyası olaraq böyük insan gücünə sahibik. Çox istedadlı gənclərimiz var. Bu gənclərə imkan verib onları elmə yönəltsək çalışmalarını təşviq etsək, Türk dünyasının elmdə dünyanın ən qabaqcıl səviyyəsinə çata biləcəyinə inanıram.

Biz keçmişimizlə fəxr edirik. Özbəkistandan Azərbaycana, Türkiyəyə, Balkanlara qədər bizim böyük bir keçmişimiz var. Lakin Türk dünyası keçmişdə elmə insanların ortaq sivilizasiyasına böyük töhfələr verməsinə baxmayaraq, yaxın zamanlarda bunu e bilməmişdir. Biz keçmişlə öyünməklə heç bir yerə çata bilmərik. Biz bu gün edəcəyimizlə, etdiyimizlə fəxr etməliyik buna görə elmə texnologiyaya ağırlıq verməliyik.

Uşaqlarımıza kiçik yaşlardan etibarən təcrübə aparmağı sual verməyi öyrətməli, qız oğlan uşaqlarımıza eyni təhsil imkanlarını təmin etməliyik. Elm adamlarına ləyaqətə əsaslanan imkanlar azad mühiti yaratmalıyıq.

Türk dövlətlərindən məqsədim Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti, Özbəkistan, Türkiyə Türkmənistanın universitetləri, araşdırma mərkəzləri, düşüncə institutları elm adamları arasındakı əməkdaşlığı gücləndirməkdən ibarətdir. Düşüncə qurumlarımızın elmi biliklə qərarvermə prosesləri arasında güclü bir körpü qurması Türk dünyasının gələcəyi baxımından əhəmiyyətlidir.

Bir-birimizi tanımalı, birlikdə araşdırma aparmalı xüsusilə gənc elm adamlarımızın ortaq çalışmalaraparmasının, birlikdə istehsal etməsinin qarşısınıaçmalıyıq.

Mənim üçün ən mühüm məsələlərdən biri Türk dünyasının inkişafı türk gənclərinin elmdə ənyüksək sıralarda yer almasıdır. Bunun yolu bəllidir: Elm yaradacağıq elm yaratmaq üçün çoxçalışacağıq.

Bakıdakı bu toplantının Türk dünyasında elm, təhsil texnologiya əməkdaşlığının daha da güclənməsinətöhfə verməsini arzulayıram. Ümid edirəm ki, bütünTürk Azərbaycan xalqı bu toplantıdan xəbərdardır ya dinləyirlər. Ortaq çalışmamız ya elmi inkişaf etdirməyimiz lazımdır.

Mən, əlbəttə, bir müəllim olaraq saatlarla danışabilərəm. Lakin burada sözü qısa kəsirəm. Sözümü bitirməzdən əvvəl, bildirmək istəyirəm ki, azərbaycanlıların hamısı mənim qardaşımdır.

Azərbaycan haqqında, Türk dünyası haqqında deyəcəyim şeylər çoxdur. İnşallah, yenidən fürsət olar, sizləri ziyarət edərəm üz-üzə danışar, bunları  müzakirə edərik.

Kosovodan Kaşqara qədər türk vardır. Ümid edirəm ki, bunu hamınız ağlınızda saxlayarsınız. Türk yalnız Türkiyədə deyil, yalnız Azərbaycanda deyil, Kosovodan Kaşqara qədər uzanan böyük bir insan topluluğudur bu böyük topluluğun həm böyükmaddi, həm insani gücü vardır. Onlardan istifadə etməli dünyanın ən qabaqcıl dövlətləri ilə rəqabətapara biləcək vəziyyətə gəlməliyik.

İnşallah… 80 yaşındayam, Allah qədər ömür verərsə, o qədər yaşayaram, amma inşallah, həyatımda bunun təsirini görərəm.

Sağ olun, var olun.

Tanrı Türkü qorusun.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki