22 aprel Şuşada Dünya Azərbaycanlılarının V qurultayı keçirilib və qurultaya ,,Zəfər” adı verilib. Qurultay 2001-ci ildən keçirilməyə başlayıb. 5 ildən bir keçirilən qurultayın 2021-ci ildə keçirilməsi nəzərdə tutulub, lakin 2022-ci ildə keçirilməsi baş tutub. Dünya Azərbaycanlılarının Qurultayı dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin daha da güclü olması,eyni zamanda xaricdə yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin əlaqələndirilməsi və birlikdə bir sıra məsələlərin müzakirə edildiyi ən yüksək səviyyəli tədbir olaraq bilinir.
Keçmişə səyahətə çıxaq -2019-cu ilə. Ermənistan rəhbərliyinin səsləndirdiyi cəfəngiyatlar faktiki olaraq danışıqlar prosesinin son ilə nəticələnmiş və məsələnin daha da dərinləşməsinə səbəb olmuşdur . “Qarabağ Ermənistandır və nöqtə” deməklə hər şeyə son qoyuldu və bu açıqlamadan sonra Minsk qrupu demək olar ki, heç nə edə bilmədi . Çünki bu bəyanatdan sonra hər hansı bir danışıqların aparılması imkansız idi . Çünki bu danışıqların əsas mahiyyəti ondan ibarət idi ki, işğal altında olan torpaqlarımız azad olunacaqdı.Ancaq Ermənistan hər şeyi daha da çətinləşdirdi. 2019-ci ilin sentyabr ayında Ermənistanın baş naziri Nikol Paşinyan Vanadzor şəhərində keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ problemindən söz açaraq Xankəndidə səsləndirdiyi “Qarabağ Ermənistandır və nöqtə” fikrini yenidən təkrar edərək açıq söylədi ki, Azərbaycan danışıqlar prosesini ərazi bütövlüyü üzərində qurulmasının niyyətindədir.Ancaq bütün bunlara baxmayaraq Azərbaycan öz torpaqlarını erməni işğalçılarının əlindən qutardı. Mənfur düşmən öz istəyinə çata bilmədi.
Beləliklə, 2020-ci ili sentyabrın 27-də Vətən müharibəsinin başlaması ilə nəinki, “Qarabağ Ermənistandır, nöqtə” fikrinin cəfəng söz yığını olduğunu üzə çıxartmağa nail olduq , həm də “Qarabağ Azərbaycandır və nida!” şüarının nə qədər əsaslı şəkildə söyləndiyini və sadəcə, şüar olaraq qalmadığını sübut etməyə müvəffəq olduq. Beləcə, nöqtə ilə başlayan bir cəfəngiyata nida son qoyuldu.Hansı ki bu nida sadəcə olaraq bir durğu işarəsi deyil də bizim zəfərimizin bir nişanəsi oldu. 27 sentyabrdan başlayan müzəffər yürüş nəticəsində xalqımız,bütün dünya ictimaiyyəti, həmçinin düşmənlər də şahid oldu ki, Azərbaycan dövləti dediyinin arxasında durdu və öz torpaqlarının işğalda qalması ilə barışmadı və barışa da bilməzdi, çünki şəhidlərimizin qanı yerdə qalmamlı idi və bu səbəbdən dolayı müqəddəs müharibəyə başladı. Artıq həmin müzəffər yürüşün bir illiyini qeyd etmişik. Nöqtəni nidaya çevirmək asan başa gəlmədi,amma, nəticəsi Azərbaycan üçün heç vaxt unudulmayacaq bir anlam daşıyır.