image-d7f00243-5bc7-3c08-86a6-954bc169c7db_850backend

Norveç Ukrayna hərbçilərinin Britaniyada keçirilən təlimlərinə qoşulacaq

image-reklam_sirab_01

Norveç Böyük Britaniyada Ukrayna hərbçiləri üçün genişmiqyaslı təlim proqramına qoşulacaq.

Bu barədə Norveçin müdafiə naziri Bern Aril Qram bildirib.

“Ukrayna qüvvələrinin əlavə təlim və təhsilə ciddi ehtiyacı var. Norveç Britaniyanın Ukrayna hərbçilərinin Böyük Britaniyada təlim keçməsi təşəbbüsünə müsbət yanaşır. Biz də bəzi digər ölkələr kimi təlimatçılarımızı ilkin əsgər hazırlığı üçün göndərəcəyik”, – Qram bildirib.

Xatırladaq ki, Ukrayna hərbçilərinin Britaniyada təlim keçməsi proqramı iyunda Kiyevə səfəri zamanı Böyük Britaniyanın baş naziri Boris Conson tərəfindən Ukrayna Prezidenti Vladimir Zelenskiyə təklif edilib. Conson qeyd edib ki, Britaniya hərbçiləri hər 120 gündə 10 minə qədər Ukrayna əsgərinə təlim keçə bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki