Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin dəvəti ilə aprelin 6-da Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfərə gedib.
Avropa İttifaqı Şurasının sədri Azərbaycan prezidentini qarşılayıb.
Keçirilən təkbətək görüşdə İlham Əliyev Şarl Mişelin Ermənistanla Azərbaycan arasında postmünaqişə dövründə münasibətlərin normallaşması prosesinə verdiyi töhfəsini yüksək qiymətləndirib və 2021-ci ilin dekabrında olan üçtərəfli görüşdə müəyyən edilmiş Brüssel sülh gündəliyinin əhəmiyyətini vurğulayıb.
Azərbaycan prezidenti Brüssel sülh gündəliyinin davamı olaraq Ermənistan tərəfinin iştirakı ilə keçirilən üçtərəfli formatda görüşün nəticəyönümlü
olacağına ümidvar olduğunu ifadə edib. Əlbəttə ki, bütün bunlar Brüssel qələbəsini də labüdləşdirirdi. Çünki heç kəsdə şübhə yox idi ki, Prezident İlham Əliyev Moskva və Soçidən sonra Brüsseldə də Azərbaycanın siyasi-diplomatik qələbəsini təmin edəcək, bir daha dünya rəsmi Bakının sülhsevər, əməkdaşlığa hazır mövqeyini görəcək. Belə də oldu və Prezidentin Brüssel səfəri Azərbaycanın növbəti siyasi-diplomatik qələbəsi, Ermənistanın və “5-ci kolon”un fiaskosu ilə nəticələndi.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin keçirilmiş üçtərəfli görüşün nəticəsinə dair yaydığı bəyanatda əks olunmuş məqamlar da Azərbaycanın siyasi-diplomatik qələbəsinə şahidlik etdi. Belə ki, Şarl Mişelin Ermənistan və Azərbaycan arasındakı münaqişə irsinin aradan qaldırılmasına çağırış etməsi Azərbaycanın “münaqişə artıq keçmişdə qalıb və gələcəyə baxmaq lazımdır” mövqeyini dəstəklədiyini isbatlayırdı. Eyni zamanda, Avropa İttifaqı Şurası Prezidentinin Cənubi Qafqazda sülhün təmin edilməsi üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış etməsi İttifaq
tərəfindən Azərbaycanın təklif etdiyi sülh müqaviləsinə dəstəyi kimi qəbul edilməlidir.
Avropa İttifaqı Şurasının sədri Şarl Mişel də bu çərçivədə Ermənistan və Azərbaycan arasında aparılan dialoqun əhəmiyyətinə toxunub, eyni zamanda, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu yüksək qiymətləndirib.
Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli gündəliyə dair məsələlər müzakirə edilib və əməkdaşlığın müxtəlif istiqamətlər üzrə dinamik şəkildə inkişaf etdiyi qeyd olunub.
Söhbət əsnasında qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən regional təhlükəsizliyə dair fikir mübadiləsi aparılıb. Politoloq bildirib ki, Brüssel görüşü Azərbaycan və Ermənistan arasında müxtəlif platformalarda davam edən normallaşma prosesinin məntiqi davamıdır. Onun sözlərinə görə, Avropa İttifaqı uzun zamandır bu prosesdə yer almaq üçün çalışırdı:
“Bu görüş də Avropanın proseslərdə yer almaq cəhdidir. Biz Brüssel görüşünə qədər də iki ölkə rəsmiləri arasında müxtəlif səviyyələrdə və platformalarda görüşlərin keçirildiyini bilirik. Uzun müddət davam edən təmaslar həm Avropa, həm Rusiyanın vasitəçiliyi ilə, həm də birbaşa olaraq həyata keçirilib”.
Xatırladaq ki, Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında sonuncu təkbətək görüş ötən il dekabrın 15-də Brüsseldə keçirilibPrezident İlham Əliyevin Brüssel səfəri erməni lobbisinin himayəsində olan “5-ci kolon”un da fiaskosu ilə nəticələndi, özünə müxalifət deyən bir qrup ünsürlərin Brüssel səfəri barədə məlumatların təsdiqlənməsindən sonra insanların sıx gediş-gəlişi olan ərazidə icazəsiz aksiyalar keçirməyə cəhd etməsi öncədən Azərbaycanın mövqeyinin zəiflədilməsinə hesablanmışdı. Onların sosial şəbəkələrdəki fəaliyyətinə və ölkəmizlə bağlı geosiyasi proseslərə nəzər saldıqda tam aydın olur ki, icazəsiz aksiyaya cəhd edən ünsürlərin məqsədi heç şübhəsiz ölkəmizdə mövcud olan xalq-hakimiyyət birliyinə, ictimai-sosial və siyasi həmrəyliyə xələl gətirmək idi. Digər tərəfdən, Azərbaycanın Qarabağ, Şərqi Zəngəzur, kommunikasiya, sərhədlərin müəyyənləşdirilməsi məsələlərinin həlli istiqamətində ardıcıl olaraq diplomatik uğurlar qazanması fonunda Brüssel danışıqlarının nəticələrinə kölgə salmağa, respublikamıza Qərbin anti- Azərbaycan dairələrinin, qruplarının, fondlarının təzyiq etməsi üçün bəhanələr yaratmağa çalışırdılar. Lakin bütün bu cəhdlər də boşa çıxdı və bütün siyasi oyunlara, təzyiqlərə baxmayaraq, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə daha bir siyasi-diplomatik qələbəyə imza atdı. Bu da əlbəttə ki, Azərbaycan mövqeyini daha da gücləndirir, qarşısına qoyduğu hədəfləri reallaşdırmağa əlavə imkanlar yaradır.
Cənab Prezidentin Brüssel səfərinin nəticələri Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin növbəti böyük uğurudur.
Eyvazova Xədicə , Nəsimi rayon təhsil işçisi


























