image-808454d5-6f9c-32bc-b96a-7dc9afee56f8_850backend

Nyu-Yorkda Ceyhun Bayramov, Ararat Mirzoyan və Entoni Blinken arasında üçtərəfli görüş olacaq

image-reklam_sirab_01

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-ın dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş olacaq.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş rəsmi Vaşinqtonun təşəbbüsü ilə bu gün, sentyabrın 19-da ABŞ-ın Nyu-York şəhərində keçiriləcək.

Xatırladaq ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə yola düşüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki