“Pandemiya ilə əlaqədar yollar bağlandı. Gürcüstanda qalası oldu. Mən özüm dedim ki, get əmilərinin, anamın yanında rahat otur. 4 ay yarım, sonra gələnə yaxın da bu hadisə oldu. Qonşu uşağın yanında maşında otur, rayona get, heç nədən oldu, Allahın işidir. Verən də, alan da Allahdır”.
Milli.Az xəbər verir ki, bu sözləri müğənni İbrahim Borçalı oğlu Rəhimin ölümü ilə bağlı “Baku TV”yə danışarkən deyib.
İfaçının xanımı isə oğlunun ölüm anlarını belə xatırlayıb:
“Bakıda olarkən bilmirdim, rəhmətə getdiyini. Gürcüstana gələnə qədər dedilər komadadır. Gəldik bura və hər şeyi bildim, onda da artıq gec idi. Bir ana üçün dünyada bundan betər faciə yoxdur”.
O, həyat yoldaşına Rəhimin öldüyü yeri görmək istədiyini dediyini bildirib:
“Xahiş etdim atasından ki, mən istəyirəm görəm oğlumuz son nəfəsini harada tapşırıb. Götürdü məni, getdim. Yerdəki daşlarda sınıq şüşə qırıqlarını yığdım. Yaxınlaşıb qapıya xanımdan xahiş etdim ki, bəlkə son nəfəsini görərdiniz, nəsə demiş olardı. Baxan kimi dedi ki, siz Bakıdan gələn uşağın valideynisiniz? Dedim, bəli. Dedi ki, mələk kimi uşaq idi, yerindəcə keçinmişdi”.
O, Rəhimin son mirasına sahib çıxacağını və onun əşyaları ilə təsəlli tapdığını qeyd edib: