image-reklam-veteninfo
image-photo-2022-04-15-10-18-08backend

Ölkəmiz dünyanın aparıcı ölkələri sıralarına daxil olmuşdur.

image-reklam-veteninfo

Prezident İlham Əliyevin sədrliyi ilə 12 aprel tarixində cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilmişdir. Müşavirədə əsas məsələlər ön plana çıxarılaraq son illərdə əldə olunan uğurlara toxunulmuşdur. Prezident İlham Əliyev giriş nitqində bu məsələləri vurğulayaraq qeyd etmişdir: “ Keçən il ölkəmizin həyatında çox əlamətdar bir il olmuşdur. Əsas məqsədimiz keçən il həm azad edilmiş torpaqlarda bərpa işlərinə start vermək idi, eyni zamanda, beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirmək idi və hər iki istiqamət üzrə nəticələr göz qabağındadır.
– Postmünaqişə dövrünün birinci ilinin nəticələri deməyə əsas verir ki, qarşımızda duran bütün vəzifələr icra edilmişdir. İlk növbədə, beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq davam edilmiş və dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul etmişlər. BMT xətti ilə Şuşa şəhərində beynəlxalq tədbir keçirilmişdir – Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş tədbir. Bu, çox əlamətdar hadisə idi. Bu, bir daha onu göstərdi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanıyan qurumdur.
– 30 ilə yaxın bir müddətdə kağız üzərində qalmış BMT-nin qərarlarını Azərbaycan xalqı güc vasitəsilə həll etdi. Azərbaycan tərəfindən Qarabağ münaqişəsinin həlli, eyni zamanda, BMT-nin üzərindən öz qətnamələrin icra olunmaması ilə bağlı yükü götürmüş oldu.
– BMT-dən sonra ən böyük beynəlxalq təsisat Qoşulmama Hərəkatıdır. Qoşulmama Hərəkatına hazırda Azərbaycan sədrlik edir və bütün üzv dövlətlərin razılığı ilə sədrlik bir il daha da uzadıldı. Qoşulmama Hərəkatı Azərbaycan bu hərəkata üzv olandan dərhal sonra keçmiş münaqişə ilə bağlı ədalətli mövqe nümayiş etdirmişdir. Birmənalı şəkildə Qoşulmama Hərəkatı həm müharibədən əvvəl, işğal dövründə, həm müharibə dövründə, həm müharibədən sonra Azərbaycanla həmrəy olmuşdur.”
Ölkə başçısının çıxışı da bir daha göstərir ki, Azərbaycan son illərdə apardığı uğurlu daxili və xarici siyasətinin nəticəsində beynəlxalq aləmdə ərazi suverenliyinin tanınmasına nail olmuş, torpaqlarımızı işğaldan azad etmiş, dünyanın aparıcı ölkələri sıralarına daxil olmuşdur.

Xatirə Fehruzzadə
Nəsimi rayonu 111 N-li tam orta məktəbin Tarix müəlliməsi




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki