image-nerimanovbackend

Ölkənin aqrar yol xəritəsi açılandı

image-reklam_sirab_01

 

2022-ci ilin avqust ayının 12-də Prezident İlham Əliyev Şirvan bölgəsinə səfər etmişdir. İsmayıllı rayonunun Basqal qəsəbəsində olarkən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə vermiş və ölkəmizin həyata keçirdiyi və gələcəkdə nəzərdə tutduğu bir çox perspektiv planlardan bəhs etmişdir. Onun toxunduğu məsələlər içərisində əh əhəmiyyətlilərindən biri də aqrar sahə ilə bağlı olmuşdur.
Ölkəmiz dünya iqtisadiyyatına inteqrasiya etdiyi üçün, dünyada baş verən proseslər Azərbaycana da təsir edir. Məqsədimiz ölkəni lazımi səviyyədə ərzaq məhsulları ilə təmin etməkdir. Hazırda qiymətlərin artması dünyada gedən iqtisadi proseslərlə bağlıdır və biz idxal etdiyimiz kənd təsərrüfatı məhsullarının qiymətinin artmasına təsir edə bilmirik.
Azərbaycan ərzaq təhlükəsizliyinin təminat səviyyəsini artırmaq üçün çoxsaylı layihələr həyata keçirilir. Bu məqsədlə özəl və dövlət müəssisələri tərəfindən sərmayə qoyulur və bölgələrdə aqroparklar açılır. Belələrində biri olan Ağsudakı böyük aqroparkın fəaliyyəti bölgə iqtisadiyyatına töhfə verməyə başlamışdır. Orada da 200-ə yaxın iş yeri açılıb. Yaxın gələcəkdə işçilərin sayə daha da artacaqdır. Həmin qroparklarda ərzaq təminatı məsələsinə kompleks yanaşılır. Belə ki, aqroparklarda həm əkinşilimk, həm heyvandarlıq, həm yemələ təminatŞ həm satış və həm də təchizat məsələləri kompleks şəklində həll olunur.
Ölkəmizdə aparılan aqrar islahatlar öz nəticəsini verməyə başlamışdır. Belə ki, bu gün Azərbaycan özünü ət məhsulları ilə 90 faiz, quş əti ilə 80 faiz, süd və süd məhsulları ilə 85 faiz səviyyəsində təmin edir. Lakin taxılla təminat məsələsində hələ də problemlərimiz var. Özümüzü buğda ilə təminetmə əmsalı Azərbaycanda bu ilin əvvəlinə 62 faiz idi. Bu məqsədlə xüsusi proqram işlənib, hazırlandı və yeni növ subsidiyaların tətbiq edilməsinə start verildi. Peoqnozlara görə təqribən 3-4 il ərzində biz özümüzü ərzaqlıq buğda ilə 80 faiz səviyyəsində təmin edə biləcəyik. Bu səviyyəni əldə edə bilsək bizim üçün uğurlu nəticə olacaqdır.
Müharibədən sonra azad olunmuş torpaqlarda əkin sahələrindən istifadə məsələsi çox önəmlidir. Bu il azərbaycan azad olunmuş torpaqlarda 50 min hektar taxıl əkmişdir və ilkin nəticələr sevindiricidir. Yaxın illərdə əkin sahələrinin yüz min hektara çatdırılması hədəflənmişdir. Bu hədəfə çatmaq üçün bütün tədbirlər həyat keçiriləcəkdir. Növbəti illərdə həm bu gün mövcud olan əkin sahələrində daha bol məhsul götürmək üçün suvarma layihələri, düzgün aqrotexniki tədbirlərin görülməsi və subsidiyalar nəticəsində biz məhsuldarlığı böyük dərəcədə artıra biləcəyik. Gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək ərzaq məhsullar, ərzaq təhlükəsizliyimizin tam təmin edilməsində bizə böyük kömək göstərəcəyinə inanırıq.
İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı, o cümlədən, bitkiçilik və heyvandarlıq üçün çox münbit iqlim və təbii şərait mövcuddur. Füzuli, Ağdam, Cəbrayıl və Qubadlı rayonlarında taxılçılıq, üzümçülük, meyvəçilik, fındıqçılıq və digər sahələr inkişaf etdiriləcəkdir. Kəlbəcər, Laçın və Zəngilan rayonlarında heyvandarlığın inkişaf etdirilməsi üçün geniş perspektivlər mövcuddur və ölkəmiz həmin resurslardan səmərəli şəkildə yararlanacaqdır.

Pedaqogika üzrə fəlsəfə doktoru,

dosent Rəhmanova Saraxanım Mirzə qızı

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki