image-photo-2021-11-03-14-07-35-1backend

Ölkənin hərbi potensialı dayanmadan artır.

image-reklam_sirab_01

Silahlı Qüvvələrdə aparılan islahatlar Ali Baş Komandan İlham Əliyevin siyasəti nəticəsində möhkəmlənmişdir. Müstəqilliyimizlə yaşıd olan ordumuz çox çətin, mürəkkəb  şəraitdə yenidən formalaşıb. Dövlətimiz ordunu hərtərəfli möhkəmlətməyə, onu müasir döyüş texnikası ilə təchiz etməyə, hərbi qulluqçuların sosial-məişət şəraitinin yüksək səviyyəyə çatdırılmasına daim qayğı göstərir. Ölkənin təhlükəsizliyinin qarantı olan nizami ordunun yaradılması və formalaşması prosesi dövlət quruculuğunun tərkib hissəsidir. Belə ki, dövlət quruculuğu daim inkişaf etdikcə ordu da möhkəmlənir. Unutmayaq ki, ordumuzun bugünkü səviyyəyə çatdırılması, onun döyüş qabiliyyətinin artırılması böyük siyasi iradə və gərgin zəhmət hesabına başa gəlib.Müharibə şəraitində yaşayan, torpaqlarının bir hissəsi işğal altında olan bir ölkə üçün güclü ordunun mövcudluğu xüsusilə önəmli idi. Azərbaycanın qarşısında duran ən mühüm məsələ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, torpaqlarımızın işğaldan azad edilməsi və  bir milyondan artıq soydaşımızın öz doğma yurdlarına qayıtması idi. Dövlətimizin başçısı problemin sülh yolu ilə həllinə çalışaraq dəfələrlə bəyan etmişdi ki, Azərbaycan öz torpaqlarının itirilməsi ilə heç vaxt barışmayacaq, işğal olunmuş ərazilər nəyin bahasına olursa-olsun, azad ediləcək. Bunun üçün ordumuzun gücü daha da artırılır və qüdrətli müdafiə sənayesi yaradılırdı.Lakin düşmən ölkə təxribatlarını dayandırmır.Yeni təxribatlar törədərək Azərbaycanı müharibəyə sövq edirdi.Düşmən ordusu Azərbaycan ordusunu məğlub edilməzliyi ilə barışa bilmirdi. 27 Sentyabr başlayan əks hücum əməliyyatları nəticəsində Azərbaycan ordusu öz gücünü bütün dünyaya nümayiş etdirdi. Düşmən ordusu tutduğu ərazilərdə istehkamlar qursalar da Azərbaycan ordusu hər bir istehkamı darmadağın etdi. Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatı Vətən müharibəsində Azərbaycanın tam qələbəsini rəsmiləşdirdi. Bu bəyanat, eyni zamanda, Ermənistan kapitulyasiya aktıdır. Yəni ordumuzun qarşısında ağır məğlubiyyətə uğrayan ermənilər qeyd-şərtsiz təslim oldu. Artıq proseslərdə şərt qoyan, diktə edən tərəf Azərbaycandır. Və 8 noyabr Şuşa şəhərinin azad olunması ilə Azərbaycan əsgərləri yeni bir tarix yazdı.Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatı Vətən müharibəsində Azərbaycanın tam qələbəsini rəsmiləşdirdi. Bu bəyanat, eyni zamanda, Ermənistan kapitulyasiya aktıdır. Yəni ordumuzun qarşısında ağır məğlubiyyətə uğrayan ermənilər qeyd-şərtsiz təslim oldu. Artıq proseslərdə şərt qoyan, diktə edən tərəf Azərbaycandır. Var olsun rəşadətli Azərbaycan ordusu  !

 

Nəsimi gənci :Bəxtiyar Yusifzadə

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki