image-104backend

“Omicron” təhlükəli deyil

image-reklam_sirab_01

“Koronavirusun yeni “Omicron” ştammı Azərbaycana gələ bilər. O ehtimal hər zaman var”.

 

Bu fikirləri Modern.az-a açıqlamasında radioloq həkim Aydın Əliyev bildirib.

 

Həkim bildirib ki, yeni ştamm ciddi təhlükə yaratmayacaq, çünki bu yeni bir virus deyil.

 

““Omicron” bildiyimiz virusun mutasiyaya uğramış variantıdır. Əvvəlki mutasiyalara yoluxub, sağalmış və peyvənd olunan şəxslərin orqanizmi virusu tanıyır. Ona görə də düşünürəm ki, ciddi problem yaratmayacaq.

Koronavirusun digər “Delta”, “Britaniya” ştammlarında insanlar arasında panika yaratmışdı. Amma heç bir panikaya ehtiyac yoxdur. Bu növ biz də və digər ölkələrdə artıq ciddi problem yaratmayacaq”.

 

Həkim “Omicron” versiyanın koronavirusun digər növləri ilə oxşar əlamətlərə malik olduğunu və bu növdə sadəcə ürək döyüntülərinin çox olduğunu bildirib:

“Qabaqlayıcı tədbir kimi bildiyimiz məşhur qaydalara əməl etməliyik: Maskadan istifadə, sosial məsafə və əllərin tez-tez dzinfeksiyası. Ölkəmizin pandemiyda necə davranmaqla bağlı təcrübəi var. Koronavirusla bağlı yoluxma sayından önəmli və daha vacib xəstəliyi ağır keçirdənlərin sayıdır. Əgər yoluxma sayı 5-10 min olsa belə, xəstəliyi ağır keçirdənlərin nisbəti azdırsa, heç bir təlaşa əsas yoxdur.

İndidən insanları qorxutmayaq. Çünki immun sistemini ən çox zəiflədən şeylərdən biri stress və panikadır. Yoluxma halı çox artarsa və ondan da vacib ağır keçirdənlərin sayında artım müşahidə olunarsa, təbii ki, o zaman vəziyyətə uyğun davranılacaq”.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image