image-62backend

On beş saylı cəzaçəkmə müəssisəsindən 7 məhkum azadlığa buraxılıb

image-reklam_sirab_01

“Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsindən 7 məhkum azadlığa buraxılıb”.

Vətəninfo.az “Report”-a istinadən xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib.

O bildirib ki, həmin şəxslərə Amnistiya Aktı tətbiq edilib və cəzalarının çəkilməmiş hissəsindən azad ediliblər.

Qeyd edək ki, Milli Məclisin noyabrın 5-də keçirilən iclasında 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar qəbul edilib. Amnistiya Aktı Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki