image-228460_d5oyf52q1bbackend

Ona “murdar” yazan izləyicisinin görüntüsünü yaydı

image-reklam_sirab_01

Rəqqasə Fatimə Fətəliyeva onu təhqir edən izləyicisinin görüntüsünü paylaşıb.

Veteninfo.az xəbər verir ki, sənətçinin paylaşımlarından birinə Sevda adlı xanım “Kül sənin qadın başına, axmaq nə gündəsən sən. Səni məclislərə çağıranın ağlı yoxdur. Allah sənə min lənət eləsin. Murdar məxluq” deyə, şərh yazıb.

Fatimə isə qadını tanımadığı halda onu təhqir etməsini anlamadığını bildirib:

“Məni tanıyan, sevən insanlar: bu qadına sual verək, ay insan, insan demək olarsa… Fatimənin murdar olduğunu harada görmüsən? Məni məclislərə çağırırlar və çağıracaqlar da. Çünki işimi, sənətimi sevirəm. Zəhmətimlə pul qazanıb ailə dolandırıram, hər bir işimə canımı qoyuram. Bəs sən bu həyatda nə etmisən? Ayıb olsun, indi al payını”.

Sənətçi izləyicilərindən həmin qadının profilini şikayət etmələrini istəyib.image-228459_xb0n7xy5jr


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image