image-48e25ca9-fd6b-39f8-bb88-6f5781e3406a_850backend

OPEK-in baş katibi: “Neft hasilatını gündə 100 min barel artırmaq qərarına yenidən baxıla bilər”

image-reklam_sirab_01

“OPEK Rusiya ilə rəqabət aparmır, Moskva təşkilatla rəqabət aparmadığı kimi, biz əməkdaşlıq edirik”.

“Veteninfo” xəbər verir ki, bunu Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) baş katibi Heysəm əl-Qays bildirib.

Onun sözlərinə görə, dünya neft bazarlarında bir sıra səbəblərə, əsasən sərmayələrin olmaması və istehsal gücü ehtiyatları ətrafında məsələlərlə görə əhəmiyyətli dalğalanmalar yaşanır.

“Neft investisiyaları 600 milyon dollardan 450 milyon dollara düşüb. Neft hasilatını gündə 100 min barel artırmaq qərarı bazarın reaksiyasını yoxlamaq məqsədi daşıyır, buna yenidən baxıla bilər”.

Heysəm əl-Qays bildirib ki, OPEK ilə Rusiya arasında daimi dialoq var. O, sanksiyalara görə Rusiya neftinin Amerika bazarından Asiya bazarlarına yönləndirilməsini təbii adlandırıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki