“Azərbaycan Uşaq Hüquqlarının Müdafiəsi Liqası” İctimai Birliyinin təşkilatçılığı ilə qurumun qərargahında orta məktəb müəllimləri üçün insan hüquqlarının tədrisi haqqında seminar təşkil olunub.
Tədbirdə paytaxt Bakının bir sıra rayonlarında dərslər tədris edən müəllimlər iştirak ediblər. Seminar zamanı mütəxəssislər tərəfindən müəllimlərə insan hüquqlarının tədrisi ilə bağlı geniş məlumat verilib, bu sahədə qabaqcıl metodika və yanaşmalar müzakirə olunub.
Tədbirin sonunda iştirakçılara bu istiqamətdə xüsusi olaraq hazırlanan kitabçalar təqdim olunub.


























