image-0b366238-d85e-3cc0-85e8-9d22229ac9f2_850backend

Otuzdan çox ölkə Rusiyanın idman federasiyalarından çıxarılmasını tələb edib

image-reklam_sirab_01

Otuz üç ölkənin idman idarələrinin rəhbərləri Rusiya və Belarusun idman təşkilatlarına üzvlüyünün dayandırılmasını və bu ölkələrdə beynəlxalq idman tədbirlərinin yayımının qadağan edilməsini tələb edən birgə bəyanat imzalayıblar.

Bunu Polşanın idman və turizm naziri Kamil Bortniçuk bildirib.

“Biz Rusiya və Belarusun idman federasiyalarının beynəlxalq təşkilatlarda üzvlüyünün dayandırılmasını, bu ölkələrin nümayəndələrinin beynəlxalq federasiyaların rəhbər orqanlarından çıxarılmasını, habelə Rusiya və Belarus ərazilərində beynəlxalq idman yarışlarının televiziya yayımının dayandırılmasını tələb edirik”-deyə, o bildirib.

Bəyanatı Bolqarıstan və Macarıstan istisna olmaqla, Aİ-nin 25 ölkəsi, həmçinin ABŞ, Böyük Britaniya, Yeni Zelandiya, Yaponiya, Avstraliya, Cənubi Koreya, Norveç və Kanadanın nazirləri imzalayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki