image-77backend

PA rəsmisi: “Düşmən Azərbaycandakı dövlət-xalq birliyini pozmaq üçün məkrli təxribatlarından bu gün də əl çəkmir”

image-reklam_sirab_01

“Azərbaycanda 90-cu illərdə hərc-mərcliyin, xaosun meydan suladığı dövrdə, insanların etimadının itdiyi zaman şeyxin kəskin vətəndaş mövqeyi xalqın inamının geri qayıtmasına dəstək oldu”.

Veteninfo.az  xəbər verir ki, bunu Prezident Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin Milli azlıqlar və dini qurumlarla iş sektorunun müdiri Müzəffər Talıblı Qafqaz Müsəlmanları İdarəsində keçirilən “Vətən və İman” adlı nəşrin təqdimat mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 1993-cü ildə ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra həyatın iflic olan sahələrini yenidən dirçəltmək və milli-mənəvi həmrəyliyi, ictimai-siyasi sabitliyi bərpa etməyə başladı: “Çünki bu iki şərt olmadan heç bir ölkədə tərəqqidən, inkişafdan söhbət gedə bilməz. Həmin vaxt milli-mənəvi həmrəyliyin formalaşmasında, qorunub saxlanılmasında təxribatlar həddindən artıq çox idi. Azərbaycanda daxili və xarici proseslər cərəyan edirdi. Milli-mənəvi həmrəyliyin formalaşmasında Qafqaz Müsəlmanları İdarəsinin, eləcə də dini konfessiyaların fəaliyyət müsbət olub. Prezident İlham Əliyev 2003-cü ildə hakimiyyətə gəldikdə bu fundament üzərində yeni inkişaf strategiyaları ortaya qoydu. Zamanla ölkənin iqtisadi inkişafı, hərbi və digər sahələrin güclənməsi, xarici siyasətdə uğurlar icra olundu. Nəticədə son gərgin tarixi şəraitdə, son 200 ildə mövcud olan coğrafiyada möhtəşəm tarixi qələbə qazanıldı. Bu qələbəni şərtləndirən bir çox amillər var”.

M.Talıblı bildirib ki, düşmən və onun arxasındakı güclər Azərbaycandakı mənəvi həmrəyliyi, etnik dini vəhdəti, dövlət-iqtidar-xalq birliyini pozmaq üçün məkrli təxribatlar, təbliğatlar həyata keçirirdi və bu gün də niyyətindən əl çəkmir: “Vətən müharibəsində düşmən tamam əksini gördü. Orduda dini mənsubiyyətindən asılı olmayaraq bütün gənclər, vətəndaşlar ölümə getdilər. Müharibə dövründə dövlət başçısı təkbaşına dünya auditoriyası qarşısında çıxışı həqiqətləri bir daha ortaya çıxardı. Dindarların da bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xidmətləri danılmazdır”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki