image-71ccda2f-9474-3b32-aff6-8cedfceb1fdb_850backend

Pakistan leysan yağışlar 903 nəfərin həyatına son qoyub

image-reklam_sirab_01

İyunun 14-dən bu günədək Pakistanda leysan yağışlar nəticəsində ölənlərin sayı 903 nəfərə çatıb.

Bu barədə ölkənin iqlim dəyişikliyi naziri Şeri Rəhman tviter səhifəsində yazıb.

Nazirin sözlərinə görə, ölənlər arasında 326 uşaq və 191 qadın var.

Rəhman qeyd edib ki, təbii fəlakət səbəbindən minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb. O, ölkədəki vəziyyəti humanitar böhran adlandırıb.

Pakistanın Baş naziri Şahbaz Şərif vətəndaşları leysan yağışların səbəb olduğu daşqınlardan zərər çəkmiş sakinlərə dəstək verməyə çağırıb.

Şərifin sözlərinə görə, hökumətin yardım və reabilitasiya səyləri üçün yüz milyardlarla rupiyə ehtiyacı var.

İyun-sentyabr aylarında Cənubi Asiyada mövcud olan musson yağışlar hər il təbii fəlakətlərə çevrilir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki