image-c4a975d8-031d-365d-a4eb-91893a3c22c6_850backend

Pakistan səfirindən Azərbaycana başsağlığı: “Ürəyimiz 50 şəhid ailəsi ilədir”

image-reklam_sirab_01

“Ürəyimiz 50 şəhid ailəsi ilədir”.

bunu Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri Bilal Hayee tviter hesabında yazıb.

“Bu gün igid əsgərlərinin şəhid olması münasibətilə qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk. Ürəyimiz 50 şəhid ailəsi ilədir, bu torpaq övladlarına əbədi rəhmət yağdırmasını Uca Yaradandan diləyirik”,- səfir sosial şəbəkə hesabında qeyd edib.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki