image-1b61d98a-e2e3-3a54-88f8-aa2296f01b48_850backend

Pakistanda leysan yağışlar nəticəsində 25 nəfər ölüb

image-reklam_sirab_01

Pakistanın qərbindəki Bəlucistan əyalətində leysan yağışların səbəb olduğu sel nəticəsində azı 25 nəfər ölüb.

Bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 35 nəfər yaralanıb. Həlak olanlardan 4-nün uşaq olduğu qeyd edilib.

Məlumata görə, təbii fəlakət nəticəsində ən çox zərər əyalətin mərkəzindəki Kvetta ərazisinə dəyib.

Bəlucistan hökuməti mövcud vəziyyətlə məşğul olmaq üçün paytaxtda fövqəladə vəziyyət elan etmək qərarına gəlib.

Xatırladaq ki, pakistanda leysan yağışlar 2 gündür davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki