image-937e63cc-6558-3870-84a5-cbdb0d383496_850backend

Pakistanda uçqun nəticəsində azı 6 nəfər ölüb, yaralılar var

image-reklam_sirab_01

Pakistanda leysan yağış nəticəsində tikilinin damının uçması nəticəsində azı 6 nəfər ölüb, daha 18 nəfər yaralanıb.

Veteninfo xəbər verir ki, bu barədə yerli “ARY News” telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Pəncab əyalətinin Sahival şəhərində baş verib. Ölənlər arasında beş qadın da var.

Hadisə yerinə cəlb olunan polis və xilasetmə qüvvələri güclü yağış və qaranlıq səbəbindən böyük çətinliklərlə üzləşib.

Aralarında qadın və uşaqların da olduğu yaralılar tibbi yardım üçün xəstəxanaya aparılıb


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki