image-875f5fda-3b02-3180-907c-86a3f5ca1a3e_850backend

Pakistanda yağışlar nəticəsində ölənlərin sayı 1 200 nəfəri keçib

image-reklam_sirab_01

Pakistanda yağışlar nəticəsində ölənlərin sayı 1 200 nəfəri keçib.

Bu barədə “Anadolu”ya istinadən xəbər verilir.

Milli Fəlakətlərlə Mübarizə Agentliyinin məlumatına görə, ölkədə təbii fəlakət nəticəsində ölənlərin sayı 1 208 nəfər təşkil edir.

Həyatını itirənlərdən 244-ü qadın, 416-sı uşaqdır. Yaralananların sayı isə 6 min 82 nəfərdir.

Ümumilikdə ölkə üzrə 5 063 kilometr yol zədələnib, 243 körpü və 173 mağaza dağılıb. Daşqınlar nəticəsində bir milyon 172 549 evə ziyan dəyib.

Ölkədə 33 milyon 46 min insan sel fəlakətindən zərər çəkib, ümumilikdə 733 488 kənd təsərrüfatı heyvanı tələf olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki