image-30backend

Pandemiyaya qarşı mübarizədə hər bir vətəndaş sosial məsuliyyət daşıyır.

image-reklam_sirab_01

Covid 19 – korana virus pandemiyası 2019-cu ilin dekabr ayının ortalarında, Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində yerli Huanan ət və dəniz məhsulları bazarı ilə əlaqəli yerli sakinlərdə naməlum mənşəli pnevmoniya xəstəliyinin ilk aşkar olunması ilə başladı.31 dekabr 2019-cu ildə Çin hakimiyyəti naməlum pnevmoniyanın başlaması barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat verdi. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Bir neçə müddətdən sonra Koranavirus bir çox ölkələrdə yayılmağa başladı. Bu ölkələrdən də biri Azərbaycan idi. 2020- cı il fevral ayından Azərbaycandada koranavirusa yoluxma faktı qeydə alındı və bununlada xalqa müraciət edildi. Artıq mart ayından bir çox qapanmalar yarandı: Ümümi təhsil müəssisələri bağlandı, böyük marketlər, kinoteatrlar, geyim mağazaları, salonlar öz fəaliyyətlərini dayandırdı. Toy və yas mərasimlərinin keçirilməsinə qadağa qoyuldu. Azərbaycanda bir çox yeni xəstəxanalar açıldı və həmin xəstəxanalar xüsusi karantin rejimində olan xəstələr üçün qaydalara uyğun şəkildə fəaliyyətə başladı. Prezidentimizdə davamlı olaraq xalqa müraciət edirdi. Onlara qaydalara düzgün şəkildə əməl etməyi, maskadan istifadə etməli olduğumuzu və sağlamlığımızın qaydasına qalmağı deyirdi. Əgər bu qapanmaların uzun müddət davam etməsini istəmiriksə onda bir müddət xüsusi karantin rejiminə əməl etməli idik. Bəzi insanlar bunu başa düşmürdülər ki, nə qədər ki, karantin şərtinə ciddi şəkildə əməl etmirlər, bununla da yalnız özlərinin deyil, yüzlərlə insanların həyatı üçün də təhlükə yaradırlar.Azərbaycan xalqı illərdir  ki, doğma torpaqları uğrunda düşmənlə mübarizə aparırdı. Bu günə qədər səbr etdi. Və öz səbrinin də nəticəsini gördü. Düşməni məğlub edib Qələbə qazandı. Biz düşünməliyik ki, düşmənə qarşı müharibədə tək Azərbaycan mübarizə aparırdı. Amma bu koranavirus pandemiyasına qarşı mübarizə də tək biz deyil, bütün dünya mübarizə aparır. Əgər bu mübarizədə də qələbə qazanmaq istəyiriksə yenə də “Dəmir yumruq” kimi bir olmalıyıq. Hər bir vətəndaş öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir. Unutmamalıyıq ki, burada əsas məsələ insanların sağlamlığıdır. Azərbaycan xalqı bacardığı qədər pandemiya vəziyyətinə ciddi əməl etməyə çalışırdı. Bu da az da olsa öz faydasını göstərirdi. Digər ölkələrə nisbətdə Azərbaycanda koranavirusa yoluxanların, və bu virusdan dünyasını dəyişənlərin sayı bir qədər az idi. Koranavirusa qarşı peyvənd yaradıldı. Düzdür bu gün bir müddət əvvələ nəzərən diqqət yetirsək görərik ki, qapanmalar o qədər də sərt deyil. Amma bizdə bundan sui-istifadə etməməliyik. Unutmamalıyıq ki, hələ koranavirus pandemiyası tam şəkildə qutarmayıb. Ona görə də peyvənd olmalı, qaydalara əməl etməli və öz sağlamlığımızı qorumalıyıq. Əgər səbr etsək bu mübarizədə də gec-tez qələbə  bizim olacaq.

 

Nəsimi Rayon Gənci: Yusubova Təravət

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image