image-photocollage_1624360852025backend

PARÇALANMIŞ İMPERİYA-Həmid Herişçi yazır

image-reklam_sirab_01

Türkmənçay, Araz bizim təkcə xalqımızı deyil…dövlətimizi ikiyə parçalayıb…Mən həmişə düşdüyümüz çətin vəziyyəti belə dəyərləndirmişəm. Bizim Səfəviyyə imperiyası ikiyə parçalanıb…

Rəqibimiz də eynidi…Dünya supergücləri. Azərbaycan misalında bu supergüclər Minsk Qrupunun 5 üzvüdür. İran misalında isə Atom dosyesini guya nizamlayan dünya beşliyi…Ancaq, Ərdoğanın deyildiyi kimi “Dünya beşdən ibarət deyil”…
Azərbaycan Cumhuriyyəti bu beşliyi, yəni Minsk beşliyini son 44 günlük müharibədə vecinə almayıb öz tarixini qələbəsni əldə etdi.
Top, indi İranın meydançasındadır. İbrahim Rəisinin çəkməsi ucundadır. Qoy o da İlham Əliyev kimi hərəkət edib dünya beşliyinə ucadan “Yox!” desin.
O da deyir artıq..o da deyir ki, dünyanın, İranın, o cümlədən hər iki Azərbaycanın taleyini dünya beşliyi, yəni BMT-nin Təhlükəsizlik Şurası üzvləri həll edə bilməz.
Bu sinxronluq şəxsən məndə gələcəyə ümud yaratdı.
Araz mənim aşığımdan, topuğumdan deyil, həmişə boğazımdandı…


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image