image-modern-az-13-04-2021-1618298724backend

Parlamentdə bələdiyyələrdən NARAZILIQ: “Fəaliyyəti dayandırılmalıdır”

image-reklam_sirab_01

Deputat Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında Bakıdakı gecəqondularla bağlı problemi qabardıb.

Vetennfo.az  xəbər verir ki, deputat Bakının bir çox yerlərində  olan gecenqondularda yaşayan insanların taleyinə toxunub:

“Bakıdakı gecenqondularda yaşayanlar müxtəlif yerlərindən gəlib yaşayırlar. Onlar məcburi köçkün deyillər. Biz necə edək ki bu insanlar öz dədə-baba torpaqlarında gedib mal-qaralarını saxlasınlar. Bakıya baxanda bir gecəqondu şəhəri olduğunu görmək olar. Bu problem  çözülməlidir. Qarabağ məsələsini həll etdiyimiz kimi bu gecəqondu problemini aradan qaldırmalıyıq”

Fazil Mustafa bələdiyyə sistemindən narazılığını da bildirib:

“Bir ölkədə bələdiyyə qərar verə bilmirsə, onun fəaliyyəti dayandırılmalıdır. Onların verdikləri qərara icra hakimiyyəti baxmır. Bu məsələ də həll olunmalıdır”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki