image-reklam-veteninfo
image-photo-2022-03-08-01-22-02backend

PARLAMENTDƏKİ MƏSULİYYƏTLİLİK

image-reklam-veteninfo

Parlament — hakimiyyət bölgüsü mövcud olan dövlətlərdə ali səlahiyyətli və qanunverici orqan. Bu gün dünyanın əksər ölkələrində parlament sistemi mövcuddur. Adları müxtəlif olsa da, parlamentlərin funksiyası bütün ölkələrdə oxşardır.
Məsuliyyət–Öz hərəkət və işlərinə görə cavab vermək, onların nəticələri üçün cavabdehliyi öz üzərinə götürmək məsuliyyət adlanır. Öz vəzifələrinin şüurunda olan, bu şüurla işlərini görən və əməllərinin nəticəsinə görə, cavabdeh olduğunu bilən insana məsuliyyətli insan deyilir.
2020-ci il martın 10-da VI çağırış Milli Məclisin birinci iclası baş tutdu. Milli Məclisin VI çağırış deputatlarının səlahiyyət müddəti 2025-ci il martın 10-da başa çatacaq.
Altıncı çağırış Milli Məclis 2020-ci il fevralın 9-da keçirilən seçkilər nəticəsində formalaşmışdır. Bir palatadan ibarət olan 125 nəfərlik parlamentə 11 siyasi partiyanın təmsilçiləri seçilmişlər. Milli Məclisdə deputat mandatlarının əksəriyyəti cəmiyyətin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının üzvlərinə mənsubdur. Deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində. Çünki parlamentin əsas işi qanunvericilikdir.Qanunvericilikdə həm keyfiyyət həm də kəmiyyət önəmlidir.Çünki mövcud olan qanunların təkmilləşdirilməsinə baxmaq, onları təftiş etmək lazımdır.
Deputatlar arasında tanınmış siyasi və ictimai xadimlər, alimlər və mütəxəssislər, ədəbiyyat və mədəniyyət adamları vardır. Parlament üzvlərinin 22 nəfəri qadınlardır. Milli Məclisdə 15 komitə, 2 komissiya, habelə 80-dən çox ölkənin parlamentləri ilə əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərir
Parlament xalqın maraqlarını ifadə etməli, deputat onu seçmiş insanların problemlərinə bələd olmalı, qayğılarına diqqət göstərməlidir. Milli Məclisin deputatlarının öz seçiciləri ilə əlaqələri müntəzəm xarakter daşımalı, onlar ayda bir neçə dəfə seçildiyi dairənin ərazisində olmalıdırlar. İnsanları narahat edən məsələlərin Milli Məclisdə, eləcə də digər dövlət orqanları qarşısında qaldırılması deputatlıq fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil etməlidir. Xüsusilə aztəminatlı ailələrin dövlət tərəfindən dəstəklənməsi işinə əlavə vəsait nəzərdə tutulmalıdır. Məcburi köçkünlərə isə bu il 7 min mənzil veriləcək,Şəhid ailələrinə 1500 mənzil veriləcək, Keçən il 934 mənzil verilib. Radikalizmə qarşı mübarizə daha geniş aparılmalıdır.Bunlar parlamentin səlahiyyətləridir.

Hümbətli Firuzə–YAP-ın üzvü

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki