image-putin-pasinyanbackend

Paşinyan yenə Putinə zəng edib

image-reklam_sirab_01

Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Vətəninfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.

Məlumatda deyilir ki, telfon danışığı zamanı Azərbaycanın Rus sülhməramlı qüvvələrin nəzarət zonasında vəziyyətlə bağlı müzakirələrin davam etdiyi vurğulanır. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərinin ardıcıl icrasının vacibliyi təsdiq edilib. Regionda sabitliyin təmin olunmasında Rusiya sülhməramlı kontingentinin rolu vurğulanıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki