image-798d9a23-0f21-3bb5-a9b6-2769a1597f90_850backend

Paşinyanın dövründə Ermənistanın dövlət borcu 45,2% artıb

image-reklam_sirab_01

2020-ci il iqtisadi böhranının nəticələrini yumşaltmaq və siyasi problemləri həll etmək üçün Ermənistan hökuməti dövlət borcunu artıraraq 9,97 milyard dollara çatdırıb.

“Report” “News.am”a istinadən xəbər verir ki, 2021-ci ildə Ermənistanın dövlət borcu 1,3 milyard dollar və ya 16% artdığı halda, cari ilin yanvar-iyul aylarında bu rəqəm 748,36 milyon dollar təşkil edib

Hazırkı hökumət isə dövlət borcunu 3,1 milyard dollar və ya 45,2% artırıb.

Qeyd olunub ki, bu ilin yeddi ayında İrəvanın daxili borcu 219,4 milyard dram və ya 18,4% artıb. O cümlədən, 2022-ci ilin iyulunda Ermənistanın dövlət borcunun 58,6%-ni xarici, 41,4%-ni isə daxili borclar təşkil edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki