image-_n0a6810backend

Paytaxt rayonlarında birgə monitorinqlər davam edir

image-reklam_sirab_01

Bakı Şəhər İcra Hakimiyyəti  Mətbuat  Xidmətindən Veteninfo.az-a gələn məlumata görə , bu gün Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində paytaxt rayonlarında birgə monitorinqlərin aparılması davam etdirilir. Küçə və prospektlərdə, park və məhəllələrdə keçirilən monitorinqlər zamanı RİİB könüllüləri və icra hakimiyyətinin əməkdaşları tərəfindən müşahidələr aparılaraq yaşıllıq zolaqlarının salınması, küçələrin işıqlandırılması,  asfalt örtüklərinin yenilənməsi, abadlıq işlərinin görülməsi,  sakinlərin rahat və təhlükəsiz hərəkəti üçün səkilərin salınması və digər istiqamətlərdə təkliflər hazırlanır.

Artıq Səbail və Nərimanov rayonlarında keçirilmiş monitorinqlərin nəticələri ilə bağlı olaraq bir sıra küçə və prospektlərdə səkilər təmir edilir, ağaclar budanır,  yaşıllıqlar salınır,  işıqlandırma sistemləri qurulur və digər abadlaşdırma işləri aparılır.

Hazırda birgə monitorinq qrupları Yasamal rayonu ərazisində reydlər keçirir.  Növbəti mərhələdə nəticələrdən asılı olaraq çatışmazlıqların aradan qaldırılması istiqamətində hazırlanan təkliflərin aidiyyəti qurumlarla əməkdaşlıq əsasında reallaşdırılması üçün tədbirlər görüləcək.

image-_n0a7397 image-_n0a7358 image-_n0a7244 image-_n0a6756 image-_n0a7213 image-_n0a6892 image-_n0a6996 image-_n0a6810

 

Bakı Şəhər İcra Hakimiyyəti  Mətbuat  Xidməti

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki