image-58backend

Pediatr: “Anaların doğumdan əvvəl maariflənməsi körpə ölümlərini azaldır”

image-reklam_sirab_01

“Valideynlər doğumdan əvvəl maariflənməlidir. Vaxtından əvvəl doğulmuş uşaqlar barədə məlumatlı olmalıdırlar. Araşdırmalar zamanı məlum olub ki, anaların maariflənməsi körpə ölümlərini iki dəfə azaldır”.

Veteninfo.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin pediatriya sahəsi üzrə mütəxəssis-eksperti Erkin Rəhimov deyib.

Onun sözlərinə görə, vaxtından əvvəl doğulmuş körpələri tez-tez yoxlamaq lazımdır: “Körpənin istiliyi də diqqətdə saxlanılmalıdır. İnfeksiyalara yoluxmaması üçün əl təmizliyinə riayət edilməlidir. Ana xəstə olsa belə körpəyə ana südü verə bilər. Həmçinin həmin körpələri səsli yerlərdən uzaq qoymaq lazımdır. Çünki onlarda beyindaxili qanamalar ola bilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image