image-7ff11e22-40b0-3364-bbd1-e24c63b7ccb4_850backend

Pentaqon: Ukrayna 2024-cü ildə ABŞ-dan iki NASAMS sistemi alacaq

image-reklam_sirab_01

ABŞ 2024-cü ildə iki NASAMS zenit-raket kompleksinin Ukrayna Silahlı Qüvvələrinə təhvil verilməsini nəzərdə tutan 182 milyon dollarlıq müqavilə imzalayıb.

Bu barədə “RBC-Ukraina” ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general Patrik Rayderə istinadən məlumat yayıb.

O qeyd edib ki, bu sistemlər Ukraynanın gələcəkdə ölkənin davamlı müdafiəsini formalaşdırması üçün lazımdır.

NASAMS aşağı və orta hündürlükdə raketlər, təyyarələr və digər hava hədəfləri ilə mübarizə aparmaq üçün nəzərdə tutulmuş mobil zenit-raket sistemidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki