image-b0b0abb1-326f-3446-9348-96a383fa93b5_850backend

Peru Prokurorluğu ölkə Prezidentinə qarşı təhqiqata başlayıb

image-reklam_sirab_01

Perunun Baş Prokurorluğu ədalət mühakiməsinə mane olmaqda şübhəli bilinən Prezident Pedro Kastilyo ilə bağlı araşdırmalara başlayıb.

Baş Prokurorluq bu barədə tviter hesabında məlumat yayıb.

“Baş prokuror respublika Prezidenti Pedro Kastilyoya qarşı dövlət hakimiyyətinə qarşı cinayət törətməkdə, yəni sığınacaq verməkdə şübhəli bilinərək istintaqa başlamaq qərarına gəlib”, – məlumatda deyilir.

Baş Prokurorluğun məlumatına görə, istintaq Daxili İşlər Nazirliyində “son dəyişikliklərlə” bağlıdır. Nazirliyin keçmiş rəhbəri Mariano Qonzales iyulun 19-da vəzifəsindən azad edildikdən sonra prezidenti, keçmiş hökumət üzvlərinin istintaqına mane olmaqda ittiham edib.

Dövlət başçısı təqsirini inkar edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki