image-5backend

Perunun nüfuzlu radiosunda Azərbaycana həsr olunmuş proqram efirə gedib

image-reklam_sirab_01

Perunun nüfuzlu “Radio Filarmonia” radio kanalında Azərbaycanın Vətən müharibəsində qələbəsinin birinci ildönümünə həsr olunmuş musiqili proqram yayımlanıb.

Azərbaycanın Meksikadakı Səfirliyindən “Report”a verilən məlumata görə, verilişdə Perudakı səfirliyin əməkdaşı M.Məmmədov dinləyicilərə erməni təcavüzünün tarixi, Azərbaycanın ötən il 30 ilə yaxın davam edən erməni işğalına son qoyaraq Vətən müharibəsində tarixi qələbə qazanması və öz ərazi bütövlüyünü, habelə beynəlxalq hüquq və ədaləti bərpa etməsi barədə məlumat verib və Zəfər Gününün xalqımız üçün tarixi-mənəvi önəmindən danışıb.

Sonra azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasına Ermənistan tərəfindən yaradılmış maneələr, işğaldan azad edilmiş ərazilərdə müşahidə olunan kütləvi minalama və dağıntılar və bu ərazilərin bərpası istiqamətində Azərbaycan tərəfindən görülən işlərdən bəhs edilib.

Proqram ərzində, habelə gün boyu kanalın efirində klassik və müasir Azərbaycan musiqi nömrələri, muğam parçaları, eləcə də Vətən müharibəsindəki qələbəmizə həsr olunmuş kompozisiyalar səsləndirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki