image-peskovbackend

Peskov Putin və Ərdoğanın Qarabağ haqda nələrdən danışdıqlarını-AÇIQLADI

image-reklam_sirab_01

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov sentyabrın 29-da Soçidə Rusiya və Türkiyə prezidentlərinin danışıqlarının bəzi təfərrüatlarını jurnalistlərə açıqlayıb.

Veteninfo.az xəbər verir ki, Prskov bildirib ki, prezidentlər Əfqanıstan, Liviya və Suriyanı ətraflı müzakirə ediblər: “Orada hələ də mövcud olan və Suriya ordusuna təhlükə törədə biləcək terrorçu ünsürlərin  İdlibdən çıxarılmasının vacibliyi vurğulanıb”. Qarabağda nizamlanma mövzusuna da toxunan Peskov deyib ki,Rusiya tərəfindən vurğulanıb ki, tərəflər sərhədlərin delimitasiyası və nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı kompromis həlli axtarmalıdırlar: “Həmçinin hərbi-texniki məsələlər üzrə əməkdaşlığın davam etdirilməsi imkanları, əsasən  C-400-lərin bəzi  komponentlərinin Türkiyədə istehsalı müzakirə olunub”.

 

Qeyd edək ki,öz növbəsində Türkiyə prezidenti Soçidən Ankaraya gedərkən jurnalistlərə deyib ki, Putinin diqqətini Moskvada YPG (PKK-nın Suriya qanadı) terrorçularının ofisinin olmasına yönəldib. O həmçinin qeyd edib ki, Suriyanın bir sıra rayonlarında PKK /YPG terrorçularının mövcudluğunun dayandırılmasına dair razılaşma yerinə yetirilməlidir.

Ərdoğan sualtı qayıqların inşası məsələsində  Rusiya ilə mümkün əməkdaşlığı, həmçinin kosmonavtika sahəsində əməkdaşlıq perspektivlərini qeyd edib


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki