image-reklam-veteninfo
image-peskovbackend

Peskov:Vladimir Putinin Ankaraya səfərinin vaxtı bəlli deyil

image-reklam-veteninfo

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri ilə bağlı Moskva ilə Ankara arasında razılığın olduğunu, lakin hələlik konkret tarixin müəyyən edilmədiyini bildirib.

Veteninfo.az xəbər verir ki,Rusiya prezidentinin mətbuat katibi Dmitry Peskov bildirib ki, həqiqətən də, gələcəkdə belə bir səfər var:

“Dəfələrlə dediyimiz kimi, Putin və Əroğan bu səfərlə bağlı razılığa gəliblər. Onlar razılaşıblar ki, səfər prezidentlərin qrafiki və epidemioloji şərait imkan verdikdə baş tutsun. Hələlik dəqiq tarixlər yoxdur, lakin onlar diplomatik kanallar vasitəsilə vaxtında razılaşdırılacaq”.

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kallen isə bəyan edib ki, Putinin Türkiyəyə səfərinin tarixi yaxın günlərdə açıqlana bilər.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki