image-081d7282-52ae-39f4-8fcb-88932f3bda4b_850-1backend

Peyvənd olunmuş insanlarda özünü göstərən koronavirus simptomu müəyyən edilib

image-reklam_sirab_01

Avropada COVID-19-a yoluxanların sayı artmağa başlayıb. Koronavirusun simptomları peyvənd edilmiş insanlarda da görünür.

“ZOE Health Study” tədqiqatçıları aşılanmış insanlar arasında ən çox rast gəlinən bir simptom aşkar ediblər.

Bildirilib ki, tam peyvənd olunmuş şəxslərdə COVID-19-un əlamətdar simptomu asqırmadır.

“Əgər aşılanmısınızsa və izah edilməyəcək qədər çox asqırmağa başlamısınızsa, xüsusən də xəstəlikdən daha çox risk altında olan insanların yanında yaşayırsınızsa və ya işləyirsinizsə, COVID-19 testindən keçməlisiniz”, – araşdırmaçılar vurğulayıb.

Qeyd edək ki, Avropa ölkələrində son sutkada 44 471 koronavirusa yoluxma faktı aşkarlanıb. Eyni zamanda xəstəlik 160 nəfərin həyatına son qoyub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki