image-10186be1-f991-38ef-ae99-822fd985dcdf_850backend

Polşa böyük şirkətlərə 3,7 milyard dollar yardım edəcək

image-reklam_sirab_01

Polşa hökuməti elektrik enerjisi və qaz qiymətlərinin artması səbəbindən əlavə xərclər çəkməli olan şirkətlərə dəstək üçün 2024-cü ilə qədər 17,4 milyard zloti (3,7 milyard dollar) ayırmağı nəzərdə tutan qanun layihəsini qəbul edib.

Bu barədə Polşa hökumətinin yaydığı məlumatda deyilir.

Belə ki, hökumət 2022-2024-cü illərdə elektrik enerjisi və təbii qazın qiymətlərinin artması ilə əlaqədar sahibkarlara 17,4 milyard zlot məbləğində dövlət yardımı göstərəcək ki, bunun da 5 milyarddan çoxu bu il olacaq.

Qeyd edək ki, Polşada 2022-ci ildə qazın qiyməti ötən illə müqayisədə 420%, elektrik enerjisinin qiyməti isə 263% artıb.

Polşa Nazirlər Kabineti qeyd edib ki, bəzi Polşa şirkətləri, məsələn, keramika və ya metallurgiya sənayesi artıq müəyyən məhsulların istehsalını dayandırmaq məcburiyyətində qalıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki