image-c1386dd2-4c38-3687-99f4-69dcb3dcef6f_850backend

Polşa İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləyib

image-reklam_sirab_01

Polşa parlamentinin aşağı palatası (Seym) İsveç və Finlandiyanın NATO-ya daxil olması haqqında protokolları ratifikasiya edib.

İsveçin NATO-ya daxil olmasını səs verən 442 parlamentarinin hamısı dəstəkləyib.

Finlandiyanın NATO-ya qəbulu ilə bağlı səsvermədə isə 442 nəfərdən biri əleyhinə, biri isə bitərəf qalıb.

İndi Seymin qəbul etdiyi qərarlar baxılmaq üçün Senata (parlamentin yuxarı palatası) göndəriləcək.

Mayın 18-də Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün müraciət edib. Bu ölkələrin alyansa qoşulması haqqında protokollar iyulun 5-də imzalanıb. Bu sənədlər NATO üzvü olan 30 nəfərin hamısı tərəfindən ratifikasiya edildikdən sonra Finlandiya və İsveç alyansa daxil olacaqlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki