image-a63a0086-c4d7-32ae-af18-178bd8e7a6f0_850backend

Polşa Seymi Aİ-ni Rusiya vətəndaşlarına viza verilməsini dayandırmağa çağırıb

image-reklam_sirab_01

Polşa Seymi (parlamentin aşağı palatası) Avropa İttifaqını (Aİ) Rusiya vətəndaşlarına viza verilməsini dayandırmağa çağıran qətnamə qəbul edib.

“Seym Polşa hökumətinin beynəlxalq arenada Rusiya Federasiyası vətəndaşlarına viza verilməsinin dayandırılmasına yönəlmiş hərəkətlərini dəstəkləyir. Parlament Baş nazirdən bu məsələ üzərində işi davam etdirməyi, bütün siyasi qüvvələrdən Polşa hökumətinin səylərini dəstəkləməyi xahiş edir”, – sənəddə qeyd olunub.

Qətnamənin lehinə 434 deputat səs verib. 2 nəfər bitərəf qalıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki