image-4f78363b-25cf-3926-a897-c96611c46689_850backend

Portuqaliyada anomal istilər 1 065 nəfərin ölümünə səbəb olub

image-reklam_sirab_01

Portuqaliyada anomal istilər 1 065 nəfərin ölümünə səbəb olub.

“Veteninfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Ölüm statistikası 7-18 iyul tarixlərini əhatə edir.

Yüksək temperaturun artması ilə bağlı yaxın günlərdə daha çox ölüm ehtimalının olduğu bildirilib.

Portuqaliya Dəniz və Atmosfer İnstitutunun məlumatına görə, ölkədə havanın temperaturu yüksək yanğın riski səviyyəsində qalır.

Ölkə ərazisinin 80 faizində quraqlıq hökm sürdüyü halda, hazırda davam edən 13 yanğın səbəbindən yüzlərlə yaşayış məntəqəsi alov təhlükəsi altındadır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki