image-qbackend

Postmüharibə dövrünün konstruksiyası

image-reklam_sirab_01

Vətən müharibəsindən artıq  1 il keçir və bu postmüharibə dövründə Ermənistan hələ də öz revanşist əməllərindən əl çəkməsə də,Azərbaycan qalib tərəf olaraq sülh naminə danışıqların aparılmasında təşəbbüskar tərəf olaraq çıxış edir.Azərbaycan hökümətinin bu diplomatik missiyası və səyləri Ermənistan tərəfinə görünür heç də xoş təsir bağışlamır.Bu da özlərinin təcavüzkar və məkrli siyasətlərinə tamamilə əks humanist davranış olduğundan qaynaqlanır.Məkrli planlarını isə müxtəlif yollara əl ataraq həyata keçirməyə çalışan Ermənistan tərəfi dəfələrlə danışıqlara baxmayaraq Qarabağın minalanmış ərazilərinin xəritəsini hələ də təqdim etməməkdə israr edir.Ağdam,Füzuli və Zəngilan ərazilərinə təqdim etdikləri xəritələrdə isə təhriflər aşkar olunur ki,qəsdən bu şəkildə təqdim etdikləri şübhəsizdir.Bu xəritələrin verilməməsi səbəbilə mülki vətəndaş və hərbiçilərimiz arasında 150 nəfər həlak olmuş və yaralanmışdır.Yaralanan və həlak olanlar arasında Rusiya tərəfinin sülhməramlı qüvvələrinin hərbiçiləri də yer alır.Artıq 30 il ərzində və postmüharibə dövründə etdikləri əməllər qarşı tərəf haqqında Azərbaycan xalqında kifayət qədər fikir formalaşdırmışdır.Bu fikirlər isə stereotiplərdən uzaq tamamilə gerçək faktları əks etdirir.Üstəlik bununla kifayətlənməyib tez-tez sərhəddə təxribat törətməyi planlamış əsgərlər göndərərək Azərbaycan Ordusunun əsgərlərini qəsdən elə bir hərəkət etməyə sövq edirlər ki,sonradan bu məsələni özləri üçün bir növ “dəlil” və ya “vasitə” etsinlər.Əlbəttə ki,Azərbaycan Ordusunun əsgər və zabit heyəti kifayət qədər peşəkar və işlərində səriştəli olduqları üçün ermənilərin qurduqları bu oyunlara alət olmur  öz təmkinliklərini qoruyub saxlamaqla elə şərait yaradırlar ki,ermənilər necə deyərlər “öz qazdıqları quyuya özləri düşür”.Hər planlarının özlərinə qarşı əks nəticə verdiyini görən qarşı tərəf isə son dövrdə hərbi əsirlər məsələsini gündəmə gətirərək özlərinə haqq qazandırmağa çalışırlar.Azərbaycanın hərbi əsirlərinə,əsirlikləri müddətində göstərdikləri münasibət,işgənclər,qeyri-humanist hərəkətləri bizdə axtarmağa çalışmaları öz xislətlərini ortaya qoyur.Təxribat və ya terror törətmək niyyəti ilə noyabrın 10-dan sonra Azərbaycan hərbiçiləri tərəfindən saxlanılaraq ədalətə təslim edilən cinayətkarlar öz cəzalarını qanun çərçivəsində çəkir və bu şəxslər heç bir halda hərbi əsir olaraq qiymətləndirilə bilməz.Azərbaycan bu məsələdə sadəcə humanist mövqedən çıxış edir və ədaləti təmin edir.Əlbəttə,bütün bu humanist baxışlardan uzaq olan Ermənistan höküməti bu həqiqətləri qəbul etməyə qadir deyil.

Şanlı Qələbədən sonra “Dağlıq Qarabağ” məfhumu öz mənasını itirdi və belə bir ideologiya tamamilə silindi.Lakin buna baxmayaran Ermənistan xalqı və höküməti hələ də,bu həqiqətlə barışmır.Bütün bunlar,məğlub dövləti təkcə hərbi və siyasi sahədə deyil,iqtisadi və digər sahələrdə də məğlubiyyətə sürükləyir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə Qarabağda yaşayan ermənilərlə bağlı öz fikirlərini bildirmiş və qeyd etmişdir ki: “Qarabağda yaşayan 25 minə yaxın etnik erməni Azərbaycan vətəndaşıdır,onların fərqli dini və etnik mənşəyi olan istənilən digər Azərbaycan vətəndaşı kimi eyni hüquqları,imtiyazları və öhdəlikləri olacaq”.Azərbaycan höküməti öz humanist mövqeyini hər zaman öz addımları ilə nümayiş etdirmiş və nümayiş etdirməkdədir.Belə bir şəraitdə Avropa İttifaqı işğaldan və terror əməllərindən əziyyət çəkmiş Azərbaycan əvəzinə Ermənistana iqtisadi yardım paketi hazırlayır.

Hal-hazırda iki dövlət arasında danışıqlarda Türkiyə və Rusiya tərəfinin əhəmiyyəti danılmazdır.Türkiyə qardaş olaraq müharibə dövründə və müharibədən sonra siyasi və mənəvi dəstəyi ilə seçilmiş,Rusiya atəşkəsin elan olunmasında və sülhməramlı fəaliyyətində aktiv rol oynamışdır.Ərazilərin bərpa olunmasında,yenidənqurma işlərində Türkiyə və Azərbaycan şirkətləri birgə fəaliyyət həyata keçirir.Bu da işlərin tez və keyfiyyətli yekunlaşmasında öz müsbət təsirini göstərəcəkdir.

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistrantı,

İsmayılova Ayşən İbrahim qızı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki